Ukraynanın şərqində 500 insan oğurlanıb
Bizi izləyin

Bilgi.az

Ukraynanın şərqində 500 insan oğurlanıb

Son 3 ay ərzində Ukraynanın şərqində 500 nəfərdən çox adam oğurlanıb.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə “Amnesty International”ın Avropa və Orta Asiya üzrə direktor müavini Denis Krivoşeyev məlumat verib.

O bildirib ki, Ukraynanın şərqində separatçıların oğurladıqları adamların sayı 500-dən çoxdur. Oğurluqların çoxu siyasi motivlidir. Amma pul almaq üçün girov götürülənlər də az deyil.

Oğurlananlardan biri, 19 yaşlı Aleksandr deyib ki, onu 60 min dollar müqabilində azad ediblər.

Ukraynanın bütövlüyünü dəstəkləyən Anna bildirib ki, separatçılara əsir düşərkən onu öz qanı ilə kameranın divarlarına rusiyapərəst şüar yazmağa məcbur ediblər.

Xəbər verilir ki, 150 Ukrayna vətəndaşı hələ də Donbas terrorçularının girovluğunda qalmaqdadır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm