Ərdoğan 1000 lirəni geri qaytardı
Bizi izləyin

Bilgi.az

Ərdoğan 1000 lirəni geri qaytardı

Türkiyə Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat Partiyalarının prezidentliyə vahid namizədi Ekmeleddin İhsanoğlunun seçkidəki rəqiblərinə etdiyi jest müsbət qarşılanmayıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, E.İhsanoğlunun baş nazir Rəcəb Tayyib Ərdoğanın seçki hesabına köçürdüyü 1000 lirə geri qaytarılıb.

E.İhsanoğlu prezident seçkisi kampaniyası başlanması ilə Ərdoğan və Xalqların Demokratik partiyasının həmsədri Selahaddin Demirtaşın hesablarına 1000 lirə pul köçürməklə “seçki kampaniyası dövrünün centlmenliklə keçməsi” mesajı vermişdi. Ərdoğanın vəkili Ali Özkaya “hörmətli baş nazirimizin təlimatı ilə bu hədiyyə təşəkkür edilərək Ekmeleddin İhsanoğluya geri qaytarılıb” deyib.

Xalqların Demokratik partiyasının həmsədri Selahaddin Demirtaşın isə hansı qərar verdiyi barədə məlumat yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm