Prezidentin qızı yeni fotolar yaydı (FOTO)
Bizi izləyin

Bilgi.az

Prezidentin qızı yeni fotolar yaydı (FOTO)

Azərbaycan respublikasının prezidenti İlham Əliyevin kiçik qızı Arzu Əliyeva yeni fotolarını paylaşıb. ANS PRESS-in məlumatına görə, fotolar sosial şəbəkədə yerləşdirilib.


Arzu Əliyeva fotolarda həyat yoldaşı Səməd Qurbanov və ailəsi (anası Mehriban Əliyeva və bacısı Leyla Əliyeva) ilə birlikdədir.


Həyat yoldaşı ilə olan fotolarda Arzu Əliyevanın birinci xanım Mehriban Əliyevaya bənzərliyi
diqqətdən yayınmayıb.


Xatırladaq ki, Arzu xanım Rusiyada tanınmış iş adamı, Ümumrusiya Azərbaycanlıları Konqresinin yaradıcılarından olan Aydın Qurbanovun 23 yaşlı yeganə oğlu Səməd Qurbanovla 2011-ci ildə ailə qurub. Onların 2 yaşlı Aydın adlı bir oğulları var.


Səməd Qurbanov Moskvada doğulub və böyüyüb, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib. Hazırda ailə biznesi ilə məşğul olur. Arzu Əliyeva isə İngiltərədə təhsil alıb. O, dörd dildə sərbəst danışır, xeyriyyəçiliklə məşğul olur və Heydər Əliyev Fondunun həyata keçirdiyi aksiyalarda iştirak edir.







Oxumağa davam et
Reklam
Reklam

Gündəm