Maykl Cekson sağdır? – Fotolar
Bizi izləyin

Bilgi.az

Maykl Cekson sağdır? – Fotolar

Məşhur rus stilisti Sergey Zverev sosial şəbəkədə 5 il bundan qabaq vəfat etmiş pop ifaçı Maykl Ceksonun sağ olması və Şərq ölkələrinin birində gizlənməsi barədə məlumat yayıb. O, sözlərini sübutu kimi bir neçə foto paylaşıb.

Zverev yerləşdirdiyi birinci fotoda Mayklın yasına gəlmiş sarışın qadına diqqət yetirməyi tövsiyə edir. Onun sözlərinə görə, bu sarışın qadın elə Mayklın özüdür. O deyib: “Maykl öz yasına sarı parik və taxma burunla gəlib. Onun çənəsi isə dəyişməz olaraq qalır! Heç bir qadında belə bir çənə olmur! Onun bacısı Canet Cekson da hiss elədi ki, qarşısındakı Maykldır.

Mən bu sarışın qadını Mayklın yas günü sezmişəm. İnternetdə çox baxdım, onunla bağlı foto və videolar çoxluq təşkil edirdi. Üstündən beş il keçdikdən sonra o foto və videolar yoxa çıxdı!!! Mən bu fotonu öz telefonumdan tapdım və onu yerləşdirmək qərarına gəldim. Maykl Cekson sağdır!!! İkinci şəkildə isə Maykl şərq ölkəsindədir”.

İkinci şəkildə niqab geyinmiş kişi və oğlan uşağı əks olunub. Zverev əmindir ki, bu kişi pop kralı Maykl Ceksondur.

Pərəstişkarlar isə iki cəbhəyə parçalanıb. Bir çoxları Sergeyin zarafat etdiyini düşünür. Lakin bəziləri onun sözlərindən sonra düşünməyə vadar olublar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm