Konsert zamanı şalvarı ortadan paralandı – Fotolar
Bizi izləyin

Bilgi.az

Konsert zamanı şalvarı ortadan paralandı – Fotolar

Rus estrada müğənnisi 45 yaşlı Stas Mixaylov hər il Belorusiyada keçirilən “Slavyan bazarı”nın səhnəsində biabır olub. Konsert zamanı artistin şalvarı ortadan cırılıb.

Stas mahnısını ifa etmək üçün əvvəlcə səhnəyə qalxıb. O, qara pencək və ağ şalvarda olub. Çıxışının ən qızğın vaxtında o, qəfildən pis vəziyyətə düşüb. Belə ki, onun şalvarı ortadan partlayıb.

Stas şalvarında yaranmış yırtığı əli ilə ört-basdır etməyə çalışıb. Bütün səylərə baxmayaraq, buna nail ola bilməyib. Səhnədə əyləşən qadın pərəstişkarlar gördüklərindən heyrətlənərək Stası sanki “gözləri ilə yeyiblər”.

O, bütün konsert boyunca bütün mahnılarını əli ilə şalvarını tutaraq ifa edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm