İran: İŞİD-i Türk Hava Yolları gəzdirir
Bizi izləyin

Bilgi.az

İran: İŞİD-i Türk Hava Yolları gəzdirir

“THY İŞİD-ə qatılmaq istəyən 91 tacik yaraqlısını İraqa aparıb”.

Publika.az xəbər verir ki, İran İnqilab Keşikçilərinə yaxınlığı ilə tanınan “Fars” xəbər agentliyinin yaydığı xəbərə görə, İraq Şam İslam Dövlətinə (İŞİD) qatılmaq üçün 91 tacik yaraqlı Türk Hava Yolları (THY) vasitəsi ilə İraqa aparılıb.

Xəbərdə yaraqlıların iyulun 2-də Tacikistanın paytaxtı Düşənbədən İstanbula gətirilib, oradan da İŞİD-ə qatılmaq üçün İraqa aparıldığı iddia edilib.

Agentlik indiyədək THY-nin 1000 tacik yaraqlını döyüşmək üçün İraqa apardığını qeyd edib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm