Altı çimərlik qapadıldı
Bizi izləyin

Bilgi.az

Altı çimərlik qapadıldı

İspaniyanın Barselona şəhərinin Kosta Brava sahilində köpək balıqlarının hücum təhlükəsi üzündən altı çimərlik qapadılıb.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, köpək balığını görən turistlərdən biri bu gün yerli vaxtla saat 12:45 radələrində polisə zəng edib məsələ barədə xəbər verib. Hadisə yerinə gələn polislər minlərlə turistin istirahət etdiyi altı çimərliyi təcili olaraq boşaldıblar.

Köpək balıqlarının axtarışına başlayan sahil təhlükəsizlik əməkdaşları qayıqlarla təxminən 60 kilometrlik ərazini yoxlamağa başlayıblar.

Məsul şəxslər köpək balıqlarının 2.5 metr uzunluğunda və 80 kiloqram ağırlığında oldunu bildirib və xalqdan dənizə girməməyi tələb ediblər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm