“Həyat gözəldir” yazdı, sonra sevgilisi ilə birgə intihar etdi
Bizi izləyin

Bilgi.az

“Həyat gözəldir” yazdı, sonra sevgilisi ilə birgə intihar etdi

Rusiyanin Tver vilayətinin Kalinin rayonunda dəhşətli intihar hadisəsi baş verib.

Publika.az Rusiya mətbuatına istinadən məlumat verir ki, dünən Zmeyeovo aeroportu yaxınlığındakı meşə massivində 22 yaşlı Anatoli və 14 yaşlı İrinanın meyiti tapılıb. Sevgili olan cütlük bir yerdə intihar edərək özlərini asıblar.

İlkin məlumata görə, yeniyetmə qız hamilə imiş. İrina və Anatoli iyulun 11-da yoxa çıxıblar. Valideynlərinin axtarışı nəticə verməyib.

Yeniyetmə qızın “Facebook” səhifəsindəki son statusu da iyulun 11-nə təsadüf edir. Mərhum öz statusunda “Həyat gözəldir” yazmışdı.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm