Krımda partizan müharibəsi başlayır
Bizi izləyin

Bilgi.az

Krımda partizan müharibəsi başlayır

Rusiya tərəfindən ilhaq olunmuş Krımda partizan müharibəsi başlayıb.

Publika.az “Pressa Ukrainı” qəzetinə istinadən məlumat verir ki, iyulun 15-də Krımda Rusiya Federasiyasına məxsus hərbi avtomobil karvanına hücum olub.

Şahidlərin sözlərinə görə, hərbi avtomobil karvanı Simferopola gedərkən naməlum şəxslər körpünün yaxınlığında dəstəni daş və butulka atəşinə tutublar.

Nəticədə, canlı qüvvə daşıyan “Kamaz” avtomobillərindən birinin sürücüsü idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılıb. Avtomobildə olan əsgərlər yaralanıb.

Ukrayna mətbuatı isə hadisəni şərh edərək bildirir ki, Ukraynada yeni hakimiyyətdən narazıların sayı günü-gündən artır. Artıq sadə vətəndaşlardan ibarət kiçik partizan dəstələri yaranmağa başlayıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm