Qadınların “YOX” deyə bilmədiyi oğlan tipləri
Bizi izləyin

Bilgi.az

Qadınların “YOX” deyə bilmədiyi oğlan tipləri

Qadınlar ideal kişi mövzusunda nə qədər mənəviyyat yalanları danışsalar da, əslində onların “yox” deyə bilməyəcəyi oğlan tipləri hamısı eynidir. Təsəvvürlərindəki o, seksual və ideal oğlanı təsvir etsələr ortaya kimlər çıxar? Fiziki xüsusiyyətlərinə, xarici görünüşünə görə qadınların ən çox sevdiyi oğlan tipləri hansılardı? Məsələn boyu nə qədər olardı? Bəs peşəsi? Gəlin baxaq.

1.”Bad boys”. “Pis” oğlanlar daim xanımların diqqət mərkəzindədir. Kimisi onlara aşiq olur, kimisi sadəcə vaxtını keçirir, kimisi yanında olan pis oğlanıyla öyünür. Amma fakt faktlığında qalır ki, iki oğlan seçimi arasında qalan xanım daim “pis” oğlanı seçir. Bunun səbəbi isə rəfiqələrimin dediyinə görə onlarda “şeytan tükü” olmasıdır.

2.İdmançı. Mükəmməl bir bədən, sağlam, hündürboy cavan... İdmançı oğlanlar qadınların “ən”ləri arasında əsas yer tutur.

3.Musiqiçi. Yox deyirsiz? Mən də elə deyirdim. Amma bir gün qarşımda canlı “losing my religion” mahnısını oxuyan bir oğlanı görənə qədər. Burda gözəllik, bədən, ağıl – heç nə rol oynamır. Çünki o oxuyur, siz uzaqlara gedirsiz. Bir konsertə gələndə səhnədəki musiqiçinin sevgilisi olmaqdan hansı qız imtina edər?

4.Əcnəbi oğlan. Xaricdən gələn oğlanlar daim müəmmalı, sirli görünür. Özlərinəməxsus tərzləri, vərdişləri, təcrübələri qadınları hər zaman cəlb edir.

5.İncəsənət adamı. Qadınlar zərif və həssas olduqları üçün özləri kimi duyğusal, həssas partnyora ehtiyac duyurlar. Bu baxımdan sənət nümayəndələri – rəssamlar, pianistlər, aktyorlar, yazarlar xanımları maqnit kimi çəkir.

6.Cərrahlar. Cərrah kişilər siyahıda mühüm yer tutur. Niyə? Çünki uzun illər təhsil aldıqdan sonra bu sənətə yiyələnib. Həm ağıllıdı, həm yaxşı qazanır. Yaraşıqlı olmasa da olar.

7.Evcil heyvanı olanlar. Bu kişilər cəlbedici, seksual və qayğıkeşdirlər. Bəli, qayğıkeş. Çünki itinə baxa bilən kişi mərhəmətli olmaqla yanaşı həm də məsuliyyətlidi.

8.Tatulu oğlanlar. Son zamanlar ən dəbdə olan oğlan tiplərindən biri çoxsaylı tatularıyla qızların ağzını açıq qoymağa müvəffəq olanlardı. Onlar boyundan, simasından, bədənindən asılı olmayaraq digər oğlanlara nisbətən həmişə bir pillə seksualdırlar.

9.Özündənrazı oğlanlar. Özünə güvənən yox, özündən razı. Bəzi oğlan tipləri var ki, onlar xanımlardan daha çox “forslanır”, özlərini dağın başına qoyurlar. Bu tip oğlanlar nə qədər boynumuza almasaq da, bütün xanımların həsəd apardığı adamlardı. Özündənrazı oğlan daim cəlbedici görünür. /1937.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm