Hokinq: “Sağalmaz xəstələrə ölümcül doza preparatı verilməlidir”
Bizi izləyin

Bilgi.az

Hokinq: “Sağalmaz xəstələrə ölümcül doza preparatı verilməlidir”

Müasir dövrün ən məşhur və ən nüfuzlu fizika nəzəriyyəçilərindən olan Stiven Hokinq yan amiotrofik sklerozdan əziyyət çəkir. Onun fikrincə, ehtiyac duyularsa, həkimlər sağalmaz xəstələrə ölümcül dozada preparat verməlidirlər.

Stiven Hokinq “olum, ya ölüm” sualı arasında qalan insanların azadlığının təmin edilməsinə səsləyir.

Məşhur alimin fikrincə, intihar daha çox əlil insanların seçimidir. Bu baxımdan, fizik hesab edir ki, həkimlər sağalmaz insanlara yardım edərək onlara ölüm dozalı preparat yazmalıdır.

Qeyd edək ki, iyulun 18-də Böyük Britaniyada ölümlə bağlı qanun layihəsinin ikinci oxunuşu keçiriləcək. Qanun layihəsinə görə, evtanaziyadan fərqli olaraq, xəstə istədiyi vaxt öz-özünə ölümcül doza yeridir. Evtanaziyada isə həkim bunu xəstənin istəyi ilə edir.

Stiven qeyd edib ki, boğazında boru yerləşdirilməsi zamanı intihar istəkləri olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm