Bilgi.az
Son 30 ilin ən faciəli təyyarə qəzaları – siyahı, fotolar
İyulun 17-də Amsterdamın Sxiphol hava limanından Kuala Lumpur şəhərinə uçan, “Malaysiya Airelines" şirkətinə məxsus “Boing” təyyarəsi terror nəticəsində Rusiya-Ukrayna sərhədində vurulub.
Qəzada 295 insan həlak olub.
Son 30 ildə müxtəlif səbəblərdən qəzaya uğramış təyyarələrin sayı kifayət qədərdir.
Publika.az bu qəzaların statistikasını və xronikasını təqdim edir.
Qəzalar
27 mart, 1977-ci ildə aviasiya tarixinin ən böyük qəzası baş verdi. İspaniyanın Tenerife adasının aeroportunu uçuç zolağında ABŞ-ın “Pen Ameriken” və Niderlandın “Kral Aviasiya Kompaniyası”nın təyyarələri toqquşdu.
Qəzada 583 şərnişin həlak oldu.
Qurbanların sayına görə ikinci yeri 12 avqust, 1985-ci ildə Yaponiyada baş vermiş qəza tutur.
Həmin vaxt göyərtəsində 520 sərnişin olan “Boinq 747” təyyarəsi məşhur Fudji dağının ətəyinə düşdü.
Təyyarə Yaponiya aviaşirkətinə məxsus idi. Araşdırmalar göstərdi ki, qəzaya səbəb təyyarənin nasaz olması olub.
11 il sonra, 12 noyabr 1996-cı ildə Hindistan paytaxtı Dehli üzərində Qazaxstandan uçan “İl-76” və 2Boinq 747” toqquşdu.
Qazaxstandan uçan təyyarədə 37 , “Boinq”də isə 312 sərnişin vardı. Onların hamısı həlak oldu. Göydən yerə 500 ton alovlu metal düşərək 8 km radiusda ərazini cəhənnəmə döndərdi.
19 avqust 1980-ci ildə isə Səudiyyə Ərəbistanından Ciddəyə uçan təyyarənin yük yerində yanğın başladı. Təyyarə yenidən aeroporta qayıdıb eniş edə bildi. Ancaq xilasedicilər gələnəcən 302 nəfər tüstüdən boğuldu.
Hərbçilərin qurbanları
Mülki təyyarələrin hərbçilərin qurbanı olduğu nümunələr də çoxdur.
Məsələn, 1988-ci ilin 3 iyul tarixi İran aviaşirkətinə məxsus olan “A300” aerobusuna minən 290 sərnişin üçün həyatlarının son günü oldu. Təyyarə Fars körfəzinin üstü ilə Dubaya uçurdu. Həmin vaxt körfəzdə ABŞ hərbi dəniz qüvvələrinə məxsus kreyser növbə çəkirdi. Kreyser Küveyt gəmilərini İran və İraq qırıcılarından qorumaq tapşırığı almışdı. Amerika rəsmilərinin məlumatına görə, hərbçilər aerobusu İranın “F-14” qırıcısı ilə səhv salaraq raketlə vurdular.
1 sentyabr, 1983-cü ildə Seuldan Nyu-Yorka uçan Cənubi Koreyaya məxsus “Boing 747” təyyarəsi marşrutdan yayınaraq SSRİ-nin hava sərhədini pozdu.
Göyə qaldırılan “SU-15” qırıcıları, içində 269 sərnişin olan təyyarəni Saxalin yaxınlığında raketlə vurub yerə saldılar.
İlqar Atabəyli
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?