9 aylıq körpəni polislərə sui-qəsd törətməkdə ittiham etdilər
Bizi izləyin

Bilgi.az

9 aylıq körpəni polislərə sui-qəsd törətməkdə ittiham etdilər

9 aylıq Mohammed Mosa Xan Pakistanda kütləvi qətllər törətmək və dövlət işlərinə qarşmaq ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.

Körpənin ailə üzvləri də Lahor şəhirndə qaz oğurluğu ilə bağlı keçirilən polis reydi zamanı həbs olunmuşdu.

Uşağın atası məhkəmədə deyib ki, onun ailəsi vilayətdə enerjinin olmamasına qarşı etiraz edərkən həbs olunub.

Polis protokolunda isə qeyd olunub ki, məhkəməyə çıxarılan şəxslər nümayiş zamanı qanun keşikçilərinə daş atırmış.

Məhkəmə zamanı polislər ittam olunan ailənin fotosunu çəkiblər. Fotodan da görünür ki, “polislərin həyatına təhlükə yaradan, su-qəsd təşkil edən” körpə atasının qucağına butulkadan süd əmir.

Məhkəmə zamanı bu mənzərədən utanan kiçik inpektor Kaşif Əhməd hakimdən uşağa qarşı ittihamların götürülməsini xahiş edib. Hakim isə deyib ki, bu onun səlahiyyətində olmayan məsələdir.

Lakin insindentə Pəncab vilayətinin baş naziri Şahbaz Şərif qarışıb. O qəti şəkildə polis rəhbərliyindən 9 aylıq körpəni cinayət işində adını hallandıran məmurların cəzalandırılmasını tələb edib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm