Bu günün tarixi (20.07.2014)
Bizi izləyin

Bilgi.az

Bu günün tarixi (20.07.2014)

Miladi: 20 iyul 2014
Hicri: 22 Ramazan 1435

İlin 201-ci günü
İlin sonuna 164 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.00
Günəş - 06.26
Zöhr - 13.51
Əsr - 18.27
Məğrib – 21.24
İşa – 23.04

1402-ci ildə Osmanlı padşahı İldırım Bəyazid ilə Topal Teymur arasında Ankara müharibəsi baş verib

1901-ci ildə türkiyəli sənayeçi və iş adamı “Koç” holdinqin qurucusu Vəhbi Koç anadan olub

1903-cü ildə Henri Ford ilk avtomobili istehsal edib

1918 - Xalq Cumhuriyyəti və türk (Osmanlı) qüvvələrinin Nuru paşanın komandanlığı altındakı birgə Qafqaz İslam Ordusu daşnak-bolşevik "Bakı Kommunası" qoşunlarına daha bir zərbə endirərək Şamaxı şəhərini azad ediblər. Bu arada türk qoşunları cənubdan (indiki Neftçala rayonu ərazisi) Bakı istiqamətinə irəliləməyə başlamışdı.

1938-ci ildə türkiyəli siyasətçi Dəniz Baykal anadan olub

1940-cı ildə Danimarka BMT-dən ayrılıb

1948-ci ildə Azərbaycanın Xalq artisti Ramiz Əzizbəyli anadan olub

1951-ci ildə İordaniya kralı I Abdullah cümə namazı vaxtı bir fələstinli tərəfindən öldürüldü

1966-cı ildən bu tarix Beynəlxalq şahmat günüdür

1970-ci ildə Şən və Hazırcavablar klubu “Bakılı oğlanlar” komandasının kapitanı, sabiq millət
vəkili Anar Məmmədxanov anadan olub

1973-cü ildə çinli aktyor və kunq-fu ustadı Bryus Li müəmmalı şəkildə vəfat edib

2001 - Prezident Heydər Əliyev Milli Mətbuat, Teleradio və İnternet Şurasının yaradılması barədə fərman imzalayıb. Fərmana əsasən, yeni təsisat ölkədə kütləvi informasiya fəaliyyətinə ictimai nəzarəti təmin etməli idi. Sonradan beynəlxalq ekspertlərlə (o cümlədən Avropa Şurası) aparılan məsləhətləşmələrdən sonra dövlət tərəfindən yalnız Teleradio Şurasının yaradılması qərara alındı.Mətbuat Şurası isə 2003-cü ildə qeyri-hökumət qurumu kimi təsis edildi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm