Mircəfər Bağırovun himayəsi altında böyüyən “Tİbbbandit” balaları
Bizi izləyin

Bilgi.az

Mircəfər Bağırovun himayəsi altında böyüyən “Tİbbbandit” balaları

Onlar xilas etməyə yox, öldürməyə tələsən “təcili yardım” idilər

Mircəfər Bağırovun himayəsi altında böyüyən “Tİbbbandit” balaları

Onlar xilas etməyə yox, öldürməyə tələsən “təcili yardım” idilər

(Yazının əvvəli üçün link burda http://publika.az/p/2014)

Ənvər ağanın 1935-ci ildə ATİ-də təhsil aldığı dövrlə bağlı maraqlı faktlar üzə çıxmağa başlayır. Məcid ağanın 1930-cu ilin martında həlak olmasından sonra evi uçurulur, böyük oğlu Cəmşid ağa güllələnir. Balaca Ənvər isə yetimxanaya verilir.

Daha sonra, böyümüş Ənvər Tibb İnstitutunun tələbəsi olur. Məlum plakat-şüar məsələsindən sonra Ənvərə heç kim yaxınlaşmağa cürət etmir. Hətta müəllimlər belə bu tələbəni toxunulmaz adam kimi qəbul edir, ondan uzaq qaçırlar. Ənvər təkbaşına həyata alışmağa başlayır.

Universitetin komsomol təşkilatı vaxtaşırı bir tələbəni qolçomaq çıxararaq onun əleyhinə mitinq təşkil edir, institutdan qovulana qədər etirazlarını davam etdirirmiş.

Bir səhər isə, instituta gələn tələbələr böyük bir etirazın şahidi olurlar. Bu dəfə, ümumi müalicə fakultəsinin tələbəsini qovmağa çalışan dəstə giriş qapısını bağlayır və bütün divarları şüarlarla bəzəyirlər.

Bu dəfə hədəfdə 12 dil bilən, unikal, hədsiz istedadlı insanlardan biri şair, həkim, bəstəkar və aqranomluq kimi 4 fərqli sahədə inkişaf etmiş Kazım Aslanlı-Sarəngi olur.

Anadan olduğu 1912-ci ildə atası özünü güllələyib.

Bəy oğlu və seyid nəvəsi olduğu üçün pedaqoji texnikumdan qovulub.

Təhsil aldığı Zaqatala Kənd Təsərrüfatı Texnikumunda oxumasından heç kəs xəbər tutmasın deyə, 5 il “itkin düşüb” adı ilə gizlənib. 1935-ci idən, 23 yaşından Tibb İnstitutunda oxumağa başlayır.

Günlərin bir günündə onun sənədlərinin qaranlıq tərəfi "üzə" çıxır.

Onun olduqca istedadlı olduğu heç kimdə şübhə doğurmurdu. Buna görə də, hələ uşaq və yeniyetmə çağlarından zərbələr almağa başladı. Təhsil ocağına məktublar axır ki, məşhur bəy və seyid nəslindən olan bir şəxs, necə sovet İnstitutunda oxuya bilər. Onun babaları sovet hökumətinə güllə atıb. (Doğrudan da, Kazım Aslanlının babaları bolşeviklərə təslim olmaq istəməyib, dağlara çəkilərək bu hökumətlə mübarizə aparıblar. Bu kiçik kəndi bolşeviklər top zərbələri ilə dağıdaraq çox çətinliklə ram edə bilib). Hətta o vaxtkı komsomol işçilərindən biri Kazım Aslanlını əməlli-başlı “baqaja”qoyaraq, onun texnikumdan qovulmasına nail olub. Həmin vaxtlar Kazım Aslanlının bütün mülkü bolşeviklər tərəfindən müsadirə edilmiş, bir çox yaxınları sürgünə göndərilmişdi.

Bu həmin Kazım idi ki, Bakıda özü də ATİ Ümumi Müalicə fakultəsində təhsil alırdı...

Bugünkü, mitinqin sonu onunla bitir ki, işə Üzeyir Hacıbəyov müdaxilə edir . Üzeyir Hacıbəyov onun güclü istedadını hiss etdiyindən Mirkazıma daim qayğı göstərib. Bir dəfə onun çox fikirli olduğunu görüb, səbəbini soruşur. Kazım deyir, mənim yatmağa yerim yoxdur. Üzeyir bəy ona Konservatoriyanın təsərrüfat otağında bir çarpayılıq yer düzəltdirir. Daha sonra Konservatoriyada həkim məntəqəsi açdırıb Kazımı 3-cü kurs tələbəsi ola-ola işə götürür ki, bir tikə çörək qazana bilsin.

Üzeyir bəy onun hədsiz musiqi istedadının da qayğısına qalaraq ciddi “qanunsuzluğa” yol verərək, Tibb İnstitutunda əyani təhsil alan Kazım Aslanlını Konservatoriyanın vokal sinfinə qəbul etdirir. Sonralar isə öz şəxsi pianinosunu ona bağışlayır.

Bu olanlar Ənvərin gözü qarşısında baş verir. Müşahidələri ilə baş verənlərdən bu qənaətə gəlir. Kazımı müdafiə etməlidir.

Beləcə, onların-iki əsilzadənin-bəy oğularının dostluğu başlanır. Zaman müharibə dövrünə təsadüf etdikdə isə, Ənvərlə Kazım Aslanlı ayrılmalı olur. 1939-cu ildə cəbhəyə gedən Ənvər ağanın bir də, 1943-cü ilə kimi cəbhədən məktubları gəlməyə davam edir. Hər şey, bu illə də başa çatır.

Bakıda qalan Kazım Aslanlını isə daha dəhşətli, mübarizə,əzab və işgəncələrlə dolu həyat gözləyirdi.

70-ci illərin əvəllərində Kazım Aslanlı uzun illərdən bəri axtrardığı-Məcid ağanın oğlu Ənvər həkimin qohumlarından birini tapa bilir.

Ənvər həkimlə Kazım Aslanlının fotosu(Bu Ənvər ağadan qalan yeganə fotodur) 40 ildən artıq bir zaman kəsimindən sonra bacısı Xırda xanıma çatdırılır.

Kazım Aslanlının sözü bu olur: "Bir neçə il sonra,bu haqda sizə danışacağam. O, indi Türkiyədə yaşayır, Onun haqda bilmədiyiniz sirləri açacagam".

Dəqiqləşdirə bilmədiyimiz bir vaxta görüş təyin edir.

Bütün nəsil,Məcid ağanın qızları,nəvələri intizarla Kazım Aslanlının açacağı sirri gözləyir.

Amma... Kazım Aslanlı səbəbi məlum olmayan bir ölümlə dünyaya vida edir. Kazım Aslanlının ölümü adi ölüm olmur. Alim ölümü də olmur. Kazım Aslanlının ölümü -Yaqublu ağalarının sonucu köklərindən olan bir insanın kökdən, nəsildən qopması və dəmir sərhədd arxasında yerləşən Türkiyədə itirilməsi olur...

(Ardı var)

Əziz Əlibəyli

1937.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm