İsrail “Həmas”ın istifadə etdiyi yeraltı tunelləri məhv edə bilmir
Bizi izləyin

Bilgi.az

İsrail “Həmas”ın istifadə etdiyi yeraltı tunelləri məhv edə bilmir

Qəzza zolağının mərkəzi və şimal hissələrində qızğın döyüşlər davam edir.

Publika.az İsrail mətbuatına istinadən xəbər verir ki, son sutka ərzində “Çaxal” (İsrail ordusu) 120 obyektə raket zərbəsi endirib, 30 fələstinli döyüşçü öldürülüb.

İsrail komandanlığı bildirib ki, yeraltı tunellər vasitəsilə döyüş zonasına “Həmas”ın yeni-yeni döyüşçüləri gəlir. Həmçinin bu tunellərdə silah anbarları da yerləşir.

Hərbi əməliyyatlar başlayandan 28 yeraltı tunel aşkarlanıb. Amma İsrail ordusu onlardan cəmi altısını məhv edə bilib. Məsələ ondadır ki, tunellərin çoxu yaşayış evlərinin altı ilə çəkilib. Onları bombalamaq olmur. Əks halda, mülki əhali arasında böyük tələfatlar olacaq.

O da xəbər verilir ki, bugecəki döyüşlərdə iki israilli zabit həlak olub.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm