Murad Bozun ayrılıq acısı
Bizi izləyin

Bilgi.az

Murad Bozun ayrılıq acısı

Türkiyəli məşhur pop ifaçı Murat Boz etiraf etməsə də, çətin günlərini yaşayır.

ANS PRESS-in məlumatına görə, müğənni 8 illik sevgilisi olan Eliz Sakuçoğlu ilə 15 gün öncə ayrılıb. Həmin gündən etibarən Murat sualları cavablandırmır. Kameralara kefsiz görüntülənən Bozun xeyli çəki atması da gözlərdən yayınmayıb. İddialara əsasən, cütlüyün ayrılmasına səbəb olaraq Elizin "Möhtəşəm yüz il" serialında şahzadə rolunu canlandıran aktyor Engin Öztürk ilə yaxınlaşması göstərilir. Buna baxmayaraq, hər iki tərəf bu xəbərin yalan olduğunu iddia edib.

Ayrılıqdan sonra İstanbuldan baş götürüb dostları ilə Çeşmeyə yollanan Murat Boz orada da kameralara görüntülənib. Jurnalistlər ifaçının arıqladığı barədə məqalələr çap ediblər.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm