Meyitlər şəhəri: bura ancaq ölməyə gəlirlər – FOTO 23+/VİDEO
Bizi izləyin

Bilgi.az

Meyitlər şəhəri: bura ancaq ölməyə gəlirlər – FOTO 23+/VİDEO

Planetimizdə qədim sivilizasiyanın əlamətlərini, adət-ənənələri qoruyub saxlayan yerlər çoxdur.

Belə yerlər müasir insanlara maraqlı gəlir, bəzən də dəhşət doğurur.

Məsələn, Hindistanda Varanasi adlı şəhər var. Əsrlər boyu milyonlarla hindli məhz bu şəhərdə ölmək və yandırılmaq arzusu ilə yaşayır. Şəhərdəki krematoriyalar sutkada 24 saat dayanmadan işləyir. Hər gün minlərlə insan yandırılır.

Varanasi hinduizm dini üçün vacib şəhərlərdən biridir. Hindu inancına görə, insan öldükdən sonra yenidən dirilir. Yəni ruh ölmür. Hindular hesab edir ki, Varanasi kainatın mərkəzidir və allahlar məhz burada yenə enir və insan burada ölərsə, tanrılara qovuşa bilir.

Şəhərə gəlmiş turistlər buradakı görüntülərdən dəhşətə gəlir. Qanq çayının suları meyitlərlə doludur, sahildə isə minlərlə tonqal var. Bu tonqallarda cəsədləri yandırırlar. Yandırılmış insanların külündən kiçik təpələr əmələ gəlib. Sahilə yaxın dayaz sularda vəhşi quşlar meyitləri didir, yaxınlıqda isə hindli kişi bu mənzərəyə fikir vermədən əl-üzünü yuyur.

Bəli, əsəbi zəif olanlar üçün baxılası mənzərə deyil. Amma bu, hindlilərin adi həyat tərzidir.

Publika.az ölülər şəhərindən olan fotoları təqdim edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm