Xəstələrə ayrılan dərmanları narkomanlara satırmışlar
Bizi izləyin

Bilgi.az

Xəstələrə ayrılan dərmanları narkomanlara satırmışlar

Rusiyanın Blaqoveşensk şəhərində iki tibb bacısı həbs edilib.

Publika.az criminalnaya.ru saytına istinadən xəbər verir ki, həbs edilən tibb bacıları şəhərdəki vərəm dispanserində çalışırmışlar.

Onlar xəstələrə ayrılan promedol və tramadol preparatlarını satırmışlar. Ağrıkəsici xüsusiyyəti olan tramadolun tərkibində narkotik maddə olmadığından onu oğurlamaq çətinlik törətməyib.

Tərkibində morfi olan promedolun isə inyeksiyadan sonra ampulasını təhvil vermək lazım gəlirmiş. Odur ki, tibb bacıları promedolu şprisə çəkib saxlayır, boş ampulanı təhvil verib qeydiyyata salırmışlar. Xəstələrə isə ağrıkəsici əvəzinə adi analgin qarışığı vurulurmuş.

Tibb bacıları həbs edilənədək narkomanlara tamodolu 500, promedolu isə 1000 rubla satırmışlar.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm