Seksual manyak 24 il həbs cəzası aldı
Bizi izləyin

Bilgi.az

Seksual manyak 24 il həbs cəzası aldı

Rusiyada seksual manyakla bağlı sonuncu məhkəmə iclası keçirilib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Volqoqrad məhkəməsi 52 yaşlı Andrey Porubayı 24 il müddətinə azadlıqdan məhrum edib.

Bu şəxs 1996-1997-ci illər aralığında, ən azı, 4 qadını zorlayaraq qətlə yetirib.

Cinayət işinin materiallarına görə, manyak öz qurbanlarını ictimai nəqliyyatda izləyirmiş.

Onun ilk qurbanı 19 yaşlı qız olub. Porubay qızı Traktornu rayonunda izləyərək zorla yarıtikililərdən birinə aparıb. Bir neçə saat ərzində onu zorladıqdan sonra qətlə yetirib.

Qızın meyiti səhəri gün tapılıb. Amma istintaq qatilin izinə düşə bilməyib. Sonrakı qətllər də analoji ssenari ilə baş verib.

Yalnız yüksək texnologiyalar sayəsində üstündən uzun illər keçəndən sonra cinayətkarı müəyyən etmək olub. Hadisə yerində manyakın bioloji izləri tapılıb. DNK analizi vasitəsilə bu izlərin Andrey Porubaya aid olması müəyyənləşib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm