Bilgi.az
Tibetlilərin “səma dəfni” – ürəyi zəiflər baxmasın (FOTO/VİDEO 23+)
“Səma dəfni” – tibetlilərin dəfn prosesi məhz belə adlanır. Onların inanclarına görə, insanın ruhu öləndən sonra bədəni tərk edir. İnsan isə ölümdən sonra da xeyir gətirməlidir. Odur ki, xüsusi rahiblər meyiti parçalayıb vəhşi quşları yemləyirlər.
Demək olar, tibetlilərin hamısı belə dəfn olunur. Yalnız ruhani başçı – Dalay Lama öləndən sonra mumiyalanır və meyiti qızılla örtülür.
1959-cu ildə Çin Tibetdə tam möhkəmləndikdən sonra bu ritual yasaqlandı. Lakin bu qadağa çox böyük etirazlar doğurduğundan Çin dövləti 1974-cü ildən etibarən “səma dəfni”nə yenidən icazə verdi.
Hazırda Tibet ərazisində 1100 dəfn meydançası var. Dəfn ritualı isə dini rahiblər – roqoyaplar tərəfindən həyata keçirilir.
Tibetli öldükdə onun cənazəsi üstündə Dalay Lama 24 saat “ölülər kitabı”ndan dualar oxuyur. Üç gündən sonra meyiti dəfn yerinə gətirirlər. Roqoyap cəsədi parçalayır və kənara çəkilirlər. Vəhşi quşlar az bir zamanda əti sümüklərinə kimi didirlər. Sonra rahib sümükləri yığır və çəkiclə əzərək narın hala salır. Onu unla qarışdıraraq yenidən quşlara yedirir.
Meyitin izi-tozu belə qalmır. Tibet inancına görə, əvvəlki bədən məhv edilərsə, ölənin ruhu yeni bədənini daha tez tapacaq. Hindlilər kimi tibetlilər də ruhun ölməzliyinə inanırlar.
Publika.az “səma dəfni”ndən olan fotoları təqdim edir:
İlqar
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı