Belarusda qadınlara gülünc qadağalar
Bizi izləyin

Bilgi.az

Belarusda qadınlara gülünc qadağalar

Belarusda qadınlara inəyin dərisini soymaq və yanğın söndürmək qadağan edilib. Bu haqda ölkənin rəsmi hüquq portalında yerləşdirilmiş sənəddə bildirilir.

Belarus hökuməti qadınların məşğul olmasını qadağan edən ağır, zərərli və təhlükəli işlərin yeni siyahısını tərtib edib.

Bu gündən etibarən Belarus qadınlarına iri buynuzlu mal-qaranın ətini doğramaq, dərisini soymaq və yanğın söndürmək qadağandır.

Bundan əlavə, ölkədə qadınları dalğıc, qazanxana işçisi, bənna işlərinə cəlb etmək, hətta onları hündürlüyü 1.3 metrdən çox olan ağaca qaldırmaq olmaz. Qadınlar spirt və bitki yağların hazırlanması işində də iştirak edə bilməzlər.

Yeni qanun ölkənin Əmək Nazirliyi tərəfindən iyunun 25-dən qüvvəyə minib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm