Sensassiya: XX əsrdə itən aktyorun meyiti qədim Pompey xarabalıqlarında tapıldı
Bizi izləyin

Bilgi.az

Sensassiya: XX əsrdə itən aktyorun meyiti qədim Pompey xarabalıqlarında tapıldı

2009-2010-cu iilərdə texaslı arxeoloqlar professor Frenk Romeynin başçılığı altında Pompeydə- bizimeranın 79-cu ilində məhv olmuş şəhərdə qazıntılar aparırdılar. Bu şəhər vulkan püskürməsi zamanı məhv olmuş, qalıqları vulkan lavasının altında qalmışdı.

Qazıntılar davam edərkən arxeoloqlar 6 metrlik lava qatının altından yaxşı qorunmuş insan cəsədi tapdılar. Onun qolundakı platin qolbaqda adı və soyadı yazılmışdı: aktyor VilyamQrin.

Elm dünyasında sanki bomba partladı. VilyamQrin 1925-ci ildə Amerikada “Ben Qur” filminə çəkilən kaskadyor-aktyor idi. Çəkilişlərin birində izsiz-tozsuz yoxa çıxmışdı. Bəs o bura necə düşmüşdü? İtaliyadakı Pompeylə Amerikanı okean ayırırdı. Aktyor XX əsrdə doğulmuşdu. Cəsədi isə min əvvəlki xarabalıqda tapılıb. Kimsə zarafat etmişdi?

Axı bu ola bilməzdi. Əvvəla,Pompeyin ərazisi arxeoloji qazıntılara görə həmişə qorunurdu. Mühafizə vardı. Həmdə cəsədi 6 metrlik lava qatının altında gizlətmək üçün xüsusi texnika, vaxt, adamlar lazım idi.

Aktyorun çəkiliş vaxtı itməsi də müəmma ilə dolu idi. Həmin gün hava isti və günəşliydi, çəkiliş öz axarı ilə gedirdi. Döyüş səhnələrinin biri çəkilərkənVilyamQrin itdi. Onu tapmadılar. Bir ildən sonra “Ben Qur” filmi ekranlara çıxdı. Zamanla aktyor unuduldu, kimsə onu axtarmadı.

Professor FrenkRomeyn isə hesab edir ki, təsadüf nəticəsində VilyamQrinbaşqa zaman tunelinə düşüb. Və zavallı aktyor doğulduğu vaxtdan düz 1900 il əvvələ düşərək Qədim Pompeydə ölüb.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm