NASA-dan yadplanetlilərlə görüş vədi ...
Bizi izləyin

Bilgi.az

NASA-dan yadplanetlilərlə görüş vədi ...

Amerikanın Milli Aeronavtika Agentliyi (NASA) hesab edir ki, insanlar iki on illik sonra yadplanetliləri görə biləcəklər.

Özü də alimlər iddia edir ki, yadplanetlilər bizim Günəş sistemindən kənardakı ekzoplanetlərdə yaşayırlar.

Yerdən kənar varlıqların aşkarlanmasında alimlər ən böyük rolu kosmik teleskoplara bağlayıblar, hansıları ki, yaxın bir neçə ildə alimlər əldə edə biləcəklər. Gözlənilir ki, bu model teleskopların vasitəsilə Qalaktika fazasını müxtəlif şüalanma spektrlərində nəzərdən keçirmək mümkün olacaq.

NASA rəhbəri Ç.Boldan bildirir ki, Süd Yolu fəzasında trilyona qədər sayda ekzoplanet ola bilər və onlardan birində Yerdənkənar həyatın mövcudluğu istisna deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm