On minlərlə insanın qarşısında dedi: "Mənə ərə gələrsən?!" - FOTO
Bizi izləyin

Bilgi.az

On minlərlə insanın qarşısında dedi: "Mənə ərə gələrsən?!" - FOTO

Şotlandiyanın paytaxtı Qlazqoda keçirilən Birlik Oyunlarında (Commonwealth Games) xoş və gözlənilməz olay yaşanıb.


Şotlandiyanın kişilər arasında veloyürüş yığmasının ulduzlarından biri, 31 yaşlıKris Pritçard finiş xəttinə çatandan sonra velosipedindən düşüb və qaçaraq tribunalara yönəlib.

O, tribunaların ortasınadək qalxıb, orada qucağında kiçik oğlunu tutmuş qadının qarşısında diz çöküb.


Məşhur velosipedçinin "Səni çox sevirəm! Mənə ərə gələrsən?!" sualını bütün arena eşidib.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, qarşısında diz çökmüş sevgilisinə baxan Amanda Boll "Hə..." deyib.


Tribunadakı tamaşaçılar arasında Uesseks qrafı və onun xanımı, Uesseks qrafinyası Sofi də vardı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm