Bu divanda 2500 nəfər otura bilər
Bizi izləyin

Bilgi.az

Bu divanda 2500 nəfər otura bilər

Saratovda uzunluğu 1006,61 metr olan divan hazırlayıblar. Divan bununla da dünya rekordu qazanıb. “Rekordmen” divanı izləmək üçün 15 min nəfər gəlib ki, onların arasında Ginnesin Rekordlar Kitabının nümayəndəsi də olub.

Mebelin uzunluğu onun üstündə 2.5 min qonağın oturmasına imkan verir. Rekordlar Kitabının hakimi Anna Orford divanın uzunluğunu ekspertlərin köməyi ilə müəyyənləşdirəndən sonra onu yeni rekord elan etdi və tədbirin təşkilatçılarına bununla bağlı müvafiq sənədi təqdim edib. Divanın hazırlanmasına 7.5 kilometr qırmızı eko dəri istifadə edilib. Dəri hissələri bir-birinə əlavə edilib, kənarları isə birləşdirilib. Bu təşəbbüsün müəllifi Rusiyanın nəhəng mebel firmalarından biri olub. Kampaniyanın təmsilçiləri bildiriblər ki, divanı 500 hissəyə bölüb satışa çıxarmaq barədə qərar qəbul edilib. Divanın cəmi 10 faizi xeyriyyə məqsədilə hansısa quruma veriləcək.

Ginnesin Rekordlar Kitabında “ən uzun divan” statusunu uzunluğu 890 metr olan bir Norveç firmasının hazırladığı divan qazanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm