Bu günün tarixi
Bizi izləyin

Bilgi.az

Bu günün tarixi

Miladi: 03 avqust 2014
Hicri: 06 Şəvval 1435

İlin 215-ci günü
İlin sonuna 150 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 05.18
Günəş - 06.39
Zöhr - 13.51
Əsr - 18.21
Məğrib – 21.10
İşa – 22.44

1492-ci ildə Kolumb Hindistana getmək və yeni qitələr kəşf etmək üçün İspaniyadan yola çıxıb

1492-ci ildə təxminən 200 000 yəhudi İspaniya krallığı və Katolik kilsəsi tərəfindən bu ölkədən çıxarılıb. Onların böyük əksəriyyəti Osmanlı dövləti tərəfindən qəbul edilib.

1904-cü ildə amerikalı yazıçı-fantast Klifford Saymak anadan olub

1914-cü ildə I Dünya Müharibəsi gedişi zamanı Almaniya Fransaya müharibə elan edib

1920 - Quba qəzasının Dəvəçi və Quba dairələrində Həmdulla Əfəndinin və Mayılın başçılığı altında sovetləşmə əleyhinə kəndli çıxışları başlanıb. Bu üsyanın yatırılmasından sonra Azərbaycanda bolşevik işğalına qarşı kütləvi çıxışlar nisbətən səngidi. Bundan sonra respublikada güclü antisovet çıxışları 20-ci illərin sonu-30-cu illərin əvvəlində kütləvi kolxozlaşma zamanı özünü göstərdi.

1941 - Böyük Vətən müharibəsində Sovet Ordusu tərkibində azərbaycanlılardan ibarət ilk qoşun birləşməsi - 402-ci diviziya təşkil olunub.
- Bu arada SSRİ və Böyük Britaniya qoşunlarının kontingenti Hitler Almaniyası qüvvələrinin cənub cinahından (Türkiyə və İran üzərindən) Sovet İttifaqına mümkün hücumunu önləmək üçün İran (Cənubi Azərbaycan) ərazisinə yeridilməyə başlamışdı. Sovet qoşunları Cənubi Azərbaycnda 1945-ci ilədək qaldı.

1944-cü ildə azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Əkbərov vəfat edib

1993 - Bakıda ilk beynəlxalq peyk rabitə sisteminin açılışı olub. Amerika Birləşmiş Ştatlarının "IDB" şirkətinin quraşdırdığı kompleks Azərbaycanı beynəlxalq telekommunikasiya sisteminə qoşub. Açılış mərasimində Ali Sovetin sədri, prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev iştirak edib.

1994-cü ildə rus teatr və kino aktyoru, SSRİ xalq artisti İnnokenti Smoktunovski vəfat edib

1999-cu ildə Azərbaycan Respublikası Myanma ilə diplomatik əlaqələr qurub

2008-ci ildə rus yazıçı, publisist, tarixçi, şair, ictimai və siyasi xadim, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Aleksandr Soljenitsın vəfat edib

2008-ci ildə Şimali Hindistandakı məbədlərdən birində baş vermiş izdihamda 30 nəfəri azyaşlı olmaqla 68 nəfər həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm