Yol polisi yük avtomobilini dayandırmaq üçün 90 dəfə atəş açdı – VİDEO
Bizi izləyin

Bilgi.az

Yol polisi yük avtomobilini dayandırmaq üçün 90 dəfə atəş açdı – VİDEO

Yol polisinin sərxoş sürücü tərəfindən idarə edilən yük avtomobilini təqib etməsi Hollivud filmlərini xatırladıb.

Hadisə Belarusun Qrodno şəhərində baş verib. Yol polisinin avtomobilinin ön şüşəsində olan videokamera hadisəni sonadək qeydə alıb.

Yük avtomobili Polşadan gəlirmiş və yük yerində satış üçün nəzərdə tutulmuş maşınlar varmış. Xeyli spirtli içki qəbul edən sürücü polisin əmrlərinə tabe olmayıb. Təqib bir neçə kilometr boyunca davam edib.

Polislər yük avtomobilinə 90 güllə atıblar. Yalnız benzin çəni deşiləndən sonra yanacağı qurtaran maşın dayanıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm