Evini satmamaq üçün dirəndi, beş ev sahibi oldu – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Evini satmamaq üçün dirəndi, beş ev sahibi oldu – FOTOLAR

Şəhərsalmanın simvolu olan İstanbuldakı bir ev üçün razılığa gəlinib.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, İstanbulun Fikirtəpə rayonunda şəhərsalma layihəsi çərçivəsində inşaat şirkəti ilə sökülmə ilə bağlı müqavilə imzalamayan mülk sahibi Ələddin Dəmirəllə nəhayət razılığa gəlinib. 30 min kvadratmetr ərazinin ortasında qalan binanın sahibi Ətraf Mühit və Şəhərsalma Nazirliyinin də məsələyə qarışmasından sonra mülkünü satdığını açıqlayıb. Belə ki, Ələddin Dəmirəl dünən “Vatraş Yapı” inşaat şirkətinin idarəçiləri ilə axşam müqavilə imzalayıb.

Belə ki, mülkünü inşaat şirkətinə satan Ələddin Dəmirələ hər biri 90 kvadratmetr olmaqla beş ev veriləcək.

Xatırladaq ki, İstanbulun Fikirtəpə rayonunda şəhərsalma layihəsi çərçivəsində podratçı firma ilə razılığa gələn şəxslərin evləri uçurulub. Lakin A.D. adlı vətəndaşın ikimərtəbəli evi ətrafında bütün binaların sökülməsinə rəğmən, onun hələ də podratçı firma ilə razılığa gəlməməsi barəsində xəbər vermişdik.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm