Bilgi.az
Məşhur kəşfiyyatçının maraqlı sərgüzəştləri
Aqata Kristinin xəfiyyə Erkül Puaro haqqında əvvəllər heç vaxt nəşr olunmamış hekayətləri 2014-cü il sentyabrın əvvəllərində “Eksmo”da nəşr ediləcək.
Axar.az nu haqda “Eksmo” nəşriyyatının ədəbi redaktoru Yevgeni Solovyovun “Lente.ru”ya verdiyi məlumata istinadən xəbər verir.
Nəşriyyatda həmçinin qeyd ediblər ki, əvvəllər Aqata Kristi
fondu Puaro, Miss Marpl və digər qəhrəmanlar haqqında seriyanın
davametmə imkanlarına dair tender keçirmişdi. Tenderi ingilis
yazıçı-şairi Sofi Hanna qazanıb. Onun Puaro haqqındakı ilk kitabı
artıq başa çatıb və Rusiyada nəşri gözlənilir. Hər iki əsər – Aqata
Kristi və Sofi Hanna – sentyabrın sonunda eyni bir hədiyyə
bağlamasında satışa çıxarılacaq.
Aqata Kristi 60-dan çox detektiv, altı psixoloji roman və 19
hekayələr toplusu nəşr etdirib. Erkül Puaro haqqında ilk roman
1920-ci ildə “Staylzda müəmmalı hadisə” adı ilə çıxıb. Ardınca bu
persenajın iştirak etdiyi bütöv bir silsilə romanlar bir-birini
izləməyə başladı. Beləliklə, belçikalı xəfiyyə ümumilikdə 33 roman,
54 hekayə və bir pyesin qəhrəmanı kimi dünya ədəbiyyatında ən
məşhur detektiv qəhrəmanına çevrilib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!