Yol işçiləri sarkofaq tapdılar – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Yol işçiləri sarkofaq tapdılar – FOTOLAR

Çinin Tayçjou şəhərində yolu genişləndirməklə məşğul olan fəhlələr təsadüfi tapıntı ilə qarşılaşıblar. Peşəkar arxeoloqlar bunun 700 yaşlı sarkofaq olduğunu müəyyən ediblər.

Daş qəbri açan arxeoloqlar orada qədim qutuya rast gəliblər. Qutunun içində qəhvəyi maye içərisində saxlanılan nadir ipək və yataq dəsti aşkar edilib. Parçaların arasında isə qadın mumiyası tapılıb. 700 ildən çox torpaq altda yatan cəsədin yaxşı vəziyyətdə qalması tədqiqatçıları təəccübləndirib: sarkofaqın hətta qaşları da görünürmüş.

Arxeoloqların fikrincə, qadın Min sülaləsinin nüfuzlu təmsilçilərindən olub. Cəsədin üzərində zinət əşyaları olub.
Bu nadir tapıntı muzeydə sərgilənəcək.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm