Bilgi.az
Braziliyada bakirəliyin pozulmasından narahatdırlar
Braziliyanın ən çox əhalisi olan ştatların birində təhsil üzrə işə qəbul olan qadınların bakirəlik testindən keçməsi tələb olunur. San-Paulo şəhərinin perspektivli təhsil işçilərindən xərçəng xəstəliyinə dair yaxma və ya bakirəlik barədə həkim rəyi tələb olunur.
Qadınların hüquqlarını qoruyan qrup isə bu kimi testlərin aparılmasını insan ləyaqətinin alçaldılması kimi qiymətləndirir. Son vaxtlaradək təhsil şöbəsi hər hansı bir xəstəliyin aşkarlanması üçün kolposkopiya (xüsusi avadanlıqla qadın cinsi orqan və analıq boynuna baxmaq –red. ) müayinəsini də tələb edirdi.
Bundan əlavə, ştatın təhsil müəssisəsində çalışacaq qadınlardan mamoqrafiya, kişilərdən isə prostat testi müayinəsi tələb olunur.
Keçən il isə Braziliyanın Baiya ştatında qadın polis işçilərinin bakirəlik haqda testdən keçməsi barədə tələb narazılığa səbəb olub. Sonradan isə bu şərt dövlət tərəfindən ləğv edilib.
Nura
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...