Bilgi.az
İt üç yaşlı qızı necə xilas etdi? – Fotolar
Üç yaşlı qızcığaz vəhşi ayı və canavarların məskunlaşdığı Sibirin tayqa meşəsində itkin düşdükdən sonra orada 11 gecə-gündüz həyat uğrunda mübarizə aparıb. Karina Çitkova bir həftə müddətində qızınmaq üçün itinə sığınıb. Sonradan it kömək dalınca gedərək qızı tərk edib. Bu müddət ərzində isə qızcığaz meşə giləmeyvələri ilə qidalanıb, ətrafında canavar və ayıların var-gəl etdiyi axar çaydan su içib. Ən pisi, o, ağcaqanadlardan əziyyət çəkib.
Sibirin Saxa Respublikasında yaşayan Karina artıq günün qəhrəmanına çevrilən iti ilə meşədə gəzişərkən yolu itirib. Balaca qız isə bu müddət ərzində özünü itirməyərək otlardan uzun çarpayı hazırlayıb. Lakin uzun otlar qızın axtarışı ilə məşğul olan xilasedicilərin işini çətinləşdirib.
Saxa Respublikasında qışda meşədə temperatur kəskin şəkildə aşağı düşür. Lakin ilin yay fəslində meşədə axşam havanın temperaturu -6 dərəcə olur. Karina gecələr donmamaq üçün itini qucaqlayaraq yatıb. Tədqiqat aparan qrup üzvləri itkin düşmüş qızın sağ qalma ehtimalının az olduğunu düşünüblər. Qız itkin düşdükdən 9 gün sonra it onun yaşadığı kəndə qayıdıb. Bundan 2 gün sonra qız tapılaraq valideynlərinə təhvil verilib.
Belə ki, artıq qəhrəman elan edilmiş it xilasediciləri öz ardınca apararaq uşağın yerini göstərib. Qız tapılarkən sağlam vəziyyətdə olub. Tayqada neçə gün yaşadığını deyə bilməsə də, nə ilə qidalandığını izah edib. Onun yalnız əl və ayaqlarında tikanların və ağcaqanad sancmalarının izi olub.
Nura
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik