İsa Məsihin heykəli görənləri təəccübləndirdi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

İsa Məsihin heykəli görənləri təəccübləndirdi – FOTOLAR

Meksikada İsa Məsih heykəlinin rentgenoqrafik tədqiqatları görənləri heyrətləndirib. Rentgen zamanı 300 yaşlı heykəlin təbii insan dişlərinə malik olduğu məlum olub. Maraqlı burasıdır ki, dişlər yaxşı vəziyyətdə qalıb.

XVIII əsrdə hazırlanan heykəlin təmiri zamanı edilmiş rentgen müayinəsindən sonra İsa Məsihin ağzında 8 diş aşkar edilib. Yaxşı vəziyyətdə olan dişlərin sahibi, görünür, onları Məsihə qurban verib. Dişləri rentgen şüası olmadan da görmək mümkündür.

Meksika Milli İnstitutunun antropologiya və tarix üzrə bərpaçı rəssamı Fanni Unikl qədim heykəllərin dişə sahib olduğunu bildirir. Lakin bu dişlər, adətən, taxta və sümükdən hazırlanırdı.

Meksikada San-Bartolo kilsəsində yerləşən 1,1 metr hündürlükdə olan heykəlin ağzında yerləşdirilmiş dişlərin kökü də olub. Fanni həmçinin qeyd edir ki, o zaman müqəddəslərin heykəli üçün saçını qurban verən insanlar da olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm