“Super Ay”ın görünməsi nəyə işarədir?
Bizi izləyin

Bilgi.az

“Super Ay”ın görünməsi nəyə işarədir?

Bəzi dindar qruplar inanırlar ki, bu bazar səmada görünən nəhəng Ay dünyanın axırına işarədir.

Xristianların müqəddəs kitabı İncildə dünyanın axırı məhz Ayın nəhəngləşməsi ilə təsvir edilir.

Alimlər isə deyirlər ki, Ay ildə bir neçə dəfə Yerə ən yaxın məsafədə yaxınlaşır və bu zaman planetmizdə həqiqətən də böyük təbii kataklizmlər – zəlzələlər, vulkanlar və fırtınalar baş verə bilir.

Məsələn, burası dəqiq bəllidir ki, Ay Yerə son dərəcə yaxın olduğundan dəniz səviyyəsinin yüksəlməsi müşahidə olunur.

İndoneziyada 2004-cü ilin dağıdıcı sunamisi məhz super ayın çıxdığı vaxt baş vermişdi.

Xəbər verilir ki, bu dəfə də superbədirlənmə Atlantikada meydan sulayan Berta qasırğası ilə eyni vaxta təsadüf edib.

Dəniz səviyyəsinin yüksəlməsi sürəti saatda 120 kilometrə çatan küləlklərlə birlikdə okean sahilllərində dağıntılara səbəb ola bilər.

Avqustun 10-u axşam saat 10-da

Avqustun 10-u Bakı vaxtı ilə axşam saat 10-da Ay Yerə ən yaxın məsafəsində - 356 896.172 kilometrlik məsafədə olub və bu zaman həmişə göründüyündən 16 faiz daha böyük və 30 faiz daha parlaq görünüb.

Astronomlar bildirirlər ki, budəfəki super Ay onunla fərqlənir ki, o Yerə həmişə olduğundan 1389 kilometr daha yaxın gəlib.

Londondakı Qrinviç Kral Rəsədxanasının əməkdaşı Tom Kers məlumat verir ki, 2014-cü ildə Ay Yerə artıq iki dəfə - yanvar və iyulda yaxınlaşıb.

Alim bildirib ki, indiki yaxınlaşmada da qeyri-adi heç nə yoxdur.

O Ayın gözəlliyinə tamaşa etməyi və onun şəkillərini çəkməyi, ən başlıcası, əfsanələrə inanmamağı məsləhət görür. Sentyabrda bu hadisənin yenidən baş verəcəyi proqnozlaşdırılır.

Allahın mesajı

Britaniyanın ruhani xadimlərindən pastor Con Haqi “Dörd qanlı Ay” kitabının müəllifidir. O deyir ki, Allah Günəşi, Ayı və ulduzları idarə edir və onların dili ilə bizə mühüm mesajlarını çatdırır.

Alimlər isə deyirlər ki, budəfəki super Ay doğulması ilə yanaşı “ulduz yağışı” da baş verəcək.

Bu hadisə ildə bir dəfə, yayın axırlarına yaxın baş verir.

Həmin vaxt Yerin atmosferinə saatda 100 meteor daxil olur və onların əksəriyyəti elə atmosferdə yanıb gedir.

Həm alimləri, həm də dindarları dinləyib bir nəticəyə gəlmək olar: Allah göy cismlərinin hərəkətində hələlik heç bir cədvəldənkənar dəyişiklik etməyib.

Odur ki, Aya tamaş edib, sakitcə yatmaq olar.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm