"Super Ay”dan yeni super xəbər
Bizi izləyin

Bilgi.az

"Super Ay”dan yeni super xəbər

Bütün dünya avqustun 10-dan davam edən “Super Ay”ın görüntülərindən sözün yaxşı mənasında şokdadır.

ANS TV-nin məlumatına görə, bu günlərdə Yer planetinin orbiti olan Ay özünün yerə olan ən yaxın məsafəsində dayandığına görə öz görünüşü ilə maraqlı mənzərələrə səbəb olub. Amma dünyanın heç də bütün ölkələri ayın bu görüntülərini görə bilmir. Bu görüntüləri tam olaraq izləmək imkanı olan ölkələrdə isə fotoqroflar fürsətdən istifadə edərək möhtəşəm şəkillər çəkməyi bacarıb.

Ölkəmizdə də “Super Ayı” izləmək mümkün olub. Gecə gəzintidə olan paytaxt sakinləri gördükləri bu mənzərənin qarşısında təəccüblərini gizlətmədilər.

Ayın Yer planetinə bu qədər yaxınlaşması bir sıra təbiət hadisələrilə də müşaiyət oluna bilir. Bura qabarma, çəkilmə, daşqın, zəlzələ hadisələri daxildir. İddia olunur ki, 2011-ci ildə Yaponiyada baş verən daşqınlara səbəb olan zəlzələ məhz Ayın Yerə hədsiz yaxınlaşması olub.

Amma alimlərin fikrincə, bu dəfəki “Super Ay” heç bir fəsadlar törətməyəcək.

Bəs “Super Ay” nədir və necə baş verir? Ayın Yer ətrafında hərəkət orbiti dairəvidir. Amma “Super Ay” zamanı orbit ellips formasında olur. Belə olan halda, ay öz oval formasında olan orbiti ətrafında fırlanarkən, yerə gah yaxın, gah da uzaq olur. Bu hərəkət zamanı ayın yerə ən yaxın olan hissəsi periqey, yəni “Super Ay” adlanır. Sonuncu “Super Ay” bu ilin iyun ayında müşaiyət olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm