Separatçılar “sağ sektor”un döyüşçülərini məhv etdilər
Bizi izləyin

Bilgi.az

Separatçılar “sağ sektor”un döyüşçülərini məhv etdilər

“Ukrayna ordusunun qərargahında “sağ sektor”un batalyonlarının döyüşə girmələri və itkiləri barədə məlumat yoxdur”.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, qərargah rəisləri ukraynalı hərbçilərin əsir alınması ilə də bağlı heç bir məlumata malik olmadıqlarını bildiriblər.

Bəyanata səbəb qondarma Donetsk Xalq Respublikasının verdiyi məlumat olub. Onlar bildiriblər ki, “Sağ sektor”a aid olan silahlılar avtobusla Mandrıkino kəndi yaxınlığında separatçıların blokpostuna gələrək atəş açıblar. Separatçıların snayperi məhv edilib.

Cavabında separatçılar atəş açıb. 7 ukraynalı öldürülüb, 13 nəfər yaralanıb. Yaralılar Donetsk xəstəxanasına çatdırılıb.

Sağ qalan ukraynalılar günəbaxan tarlasına girərək, ərazini tərk ediblər.

“Sağsekto”un rəhbərlərindən olan Dmişri Yaroş informasiyanı təsdiq edib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm