“Turşu hücumuna "yox”
Bizi izləyin

Bilgi.az

“Turşu hücumuna "yox”

Kimyəvi turşu hücumu nəticəsində üzü yanmış qurbanlar bu vəziyyətini ətrafdakılardan gizlətməyə çalışır. Turşu ilə üz və digər nahiyələrin yandırılması cinayəti daha çox Banqladeş, Hindistan, Pakistan kimi ölkələrdə geniş yayılıb. qurbanlar yaranmış yaraları çarşab və ya şərf ilə ört-basdır etməyə çalışır.

Lakin Hindistandan olan 5 gənc qız heç nədən çəkinmədən “Rupa Design” geyim kolleksiyası üçün çəkilişə razılıq verib. Rupa, Rita, Sonam, Laksmi və Çançal dəhşətli turşu qurbanlarıdır.

Qızlar bu vaxta kimi uzun müddətdir ki, simalarını gizlədib. Son anda isə qızlar birləşərək dəb foto sessiyasında çəkilməyə qərar veriblər. 22 yaşlı Rupa deyir: “Mən hər zaman dəb dizayneri olmaq istəmişəm. Lakin turşu hücumundan sonra həyatımda fasilə yarandı. Mən çirkin, yaralı üzümü kiməsə göstərməkdən çəkinmişəm və hər zaman şərflə gəzmişəm. Ancaq buna baxmayaraq, çoxdan kı, arzumdan əl çəkməyərək onu gerçəkləşdirməyi qarşıma məqsəd qoydum”.

Qızlar onlara turşu ilə hücum edən cinayətkara bir daha simalarını gizlətmədiyini və şərəfli həyat sürdüyünü sübut etmək istəyib. Rupanın analığı ona turşu ilə hücum etdikdən sonra atası qızının tərəfində durmadığı üçün o, soyadından imtina edib. Bundan sonra qız “Turşu hücumuna "yox” adlı xeyriyyə kampaniyası təşkil edərək onun kimi hücuma məruz qalmış yüzlərlə qurbanı ətrafına yığıb.

Rupanın analığı zavallı qızın həyatını 2008-ci ildə yatarkən korlayıb. Qadın günahkar bilinərək həbs edilib, lakin Hindistanın zəif qanunlarına görə, o, 18 aydan sonra azadlığa çıxıb. İndi isə Rupa analıq və atasına yenidən həyata qayıtmasını sübut edərək dizayner kimi çalışaraq, bir çox xeyriyyə kampaniyalarına qoşulur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm