Müasir Romeo və Cülyetta – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Müasir Romeo və Cülyetta – FOTOLAR

“Əfqanıstanın Romeo və Cülyettası” adına layiq görülmüş cütlük ələ keçərsə, valideynləri onlara ölüm cəzası kəsəcək.

18 yaşlı Zakiyə və 21 yaşlı Məhəmməd fərqli etnik qruplardandırlar və valideynlərinin razılığı olmadan ailə həyatı qurublar. Onların izdivacını inkar edən insanların ucbatından sevgililər öz həyatları üçün qorxu keçirirlər. Valideynlərindən qaçan Zakiyə və Məhəmməd gizlincə ailə quraraq bir müddət dostlarıgildə yaşayıb. Sonradan isə onlar mağaralarda gecələməyə başlayıblar.

Zəkiyə sünni müsəlman olan tacik, Məhəmməd isə şiə müsəlmanı olan xəzərilər etnik qrupundandır. Bu səbəbdən, valideynləri onların sevgi və izdivacına razı olmayıb.

İndi isə Zəkiyənin valideynləri “ailə şərəfini” ləkələdiyi üçün qızı öldürməklə hədələyirlər. Valideynlərin fikrincə, Zəkiyə ailənin adına ləkə vurub. Məhəmmədin ailəsi əvvəlcə bu izdivacın əleyhinə olsa da, sonra oğlunun sevgilisini qəbul edərək Zəkiyəni qorumağa söz verib. Məhəmmədin ata və qardaşları cütlüyü qorumaq üçün gecələr küçələrdə keşik çəkirlər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm