İntihar etmiş aktyorun qızı təhqir olundu
Bizi izləyin

Bilgi.az

İntihar etmiş aktyorun qızı təhqir olundu

25 yaşlı aktrisa Zelda Uilyams “Tvitter” sosial şəbəkəsindəki şəxsi hesabını bağlayıb.

Publika.az xəbər verir ki, sosial şəbəkədə bir qrup istifadəçi aktrisanın atası, dünən intihar edərək dünyasını dəyişmiş Hollivud ulduzu Robin Uilyamsla bağlı təhqiredici şərhlər yazıblar. Zelda fanatlarından kömək istəyərək sosial şəbəkə xuliqanlarının akkauntlarını şikayət etməyi xahiş edib.

Fanatların şikayətindən sonra həmin hesablar bloklanıb. Lakin bəzi istifadəçilər yeni adla akkaunt açaraq yenidən təhqir yazmağa davam ediblər.

Bunu görən aktrisa fanatlarından üzr istəyərək “Tvitter” hesabını birdəfəlik bağlayıb.

Qeyd edək ki, Zelda Robin Uilyamsın yeganə qızıdır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm