"İnstagram"da milyon izləyicisi olan pişik
Bizi izləyin

Bilgi.az

"İnstagram"da milyon izləyicisi olan pişik

Adi bir küçə pişiyinin fotosu milyonlarla insanı özünə cəlb edən İnstagram sosial şəbəkəsində ən çox baxılan fotolar siyahısına düşüb.

ANS PRESS-in məlumatına görə, əslində o, sahibləri tərəfindən körpə vaxtı tərkedilmiş bir küçə pişiyi olub. Nəfəsi güclə alırdı, vəziyyəti yaxşı deyildi, amma şansı gətirdi və onu küçədən götürüb evinə aparan sahibinin sayəsində bu dünyada qala bilib. Yaşaması ilə yanaşı bu pişik həm də məşhurlaşdı.

4 aylıq küçədə tapılan heyvana Nala adı qoyublar. Sevgi və bir az da dərmanların köməyi ilə ayağa qalxan Nala tez bir zamanda özünü milyonların sevimlisinə çevirib. Los-Ancelesdə yaşayan və pişik ömrü hesablaması ilə 27 yaşı tamam olan Nala İnstagramda o qədər məşhurdur ki, izləyiciləri üzərində onun şəkili olan köynəklər və telefon üçün üzlüklər hazırlatdırırlar.

Nalanın isə baş verənlərdən xəbəri yoxdur, onun üçün əsas olan yemək, nəfəs almaq və sahibinin sevgisidir. Həyatında bir şey dəyişib, o bir daha tərk edilməyəcək, çünki ona baxmaq istəyən milyonlarca insan var.









Oxumağa davam et
Reklam
Reklam

Gündəm