66 dəfə evlənən cütlük – FOTOLAR
Bizi izləyin

Bilgi.az

66 dəfə evlənən cütlük – FOTOLAR

Bir-birini sevən Aleks Pellinq və Liza Qant 3 il ərzində nə az, nə çox - 66 dəfə toy ediblər. Daha doğrusu desək, cütlük 3 il ərzində bütün dünyanı dövr edərək toy üçün münasib yer axtarır. Getdikləri hər yerdə toy etsələr də, onlar rəsmən hələ də ər-arvad deyillər.

Mançesterdən olan 32 yaşlı Liza toy üçün münasib yer axtardığına görə işindən imtina etməli, Aleks isə maşın biznesinə son qoymalı olub.

6 il münasibətdə olan cütlük toy üçün münasib yer axtara-axtara, demək olar, bütün mülklərindən məhrum olublar. Liza və Aleksin toy üçün məkan axtarma prosesi 2011-ci ildə Kanadadan başladı. O vaxtdan onlar mükəmməl yer arzularına qarşı çıxa bilmirlər.

Aleks və Liza çox romantikdirlər, bütün dünyanı dövr edərək hər yerdə toy ediblər. Lakin onlar xəyallarındakı məkanı tapa bilmədikdən axtarışlar davam edir. Cütlük Amerika, Pakistan, Taiti, Havay adaları, Baham adaları və başqa yerlərdə toy mərasimi keçiriblər.

Maraqlısı budur ki, cütlük hələ də hər toyqabağı həyəcan keçirir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm