"Google" dünyanın bütün kitablarının sayını açıqladı
Bizi izləyin

Bilgi.az

"Google" dünyanın bütün kitablarının sayını açıqladı

Planetdə yaradılmış bütün kitabların sayının müəyyənləşdirilməsi və internetdə yerləşdirilməsi üzərində işləyən Google Books layihəsi çərçivəsində bəşəriyyət tarixi boyunca işıq üzü görmüş kitabların hesabı aparılıb.

Axar.az xəbər verir ki, Quqlun hesablamalarına görə, planetimizin bütün tarixi boyunca dünyada cəmi 129 864 880 ədəd kitab yazılıb, lakin burada tirajlar deyil, yalnız nadir nəşrlər nəzərə alınıb. Hesablama prosesi belə gedib: ABŞ Konqresi kitabxanasının təqdim etdiyi bütün kitab kataloqlarını təhlil ediblər, təkrarlanan ISBN saylarını kənarlaşdırıblar və hökumət sənədlərini seçiblər.

(Maraqlıdır, qədim Şərq, o cümlədən Azərbaycanda katiblər tərəfindən üzü köçürülən nüsxələr də bu hesablamalara aid edilibmi? – red.) Ancaq nəzərə almaq lazımdır ki, bu say hər gün yüz dəfələrlə artmaqdadır. Hesablamalar zamanı, həmçinin dünyada ən çox oxunan üç kitabın da adı bəlli olub. Birinci yerdə Bibliya, ikinci yerdə Mao Tszedunun sitatları, üçünçü yerdə isə R.R.Tolkiyenin “Üzüklərin hökmdarı” kitabı yer alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm