Bank rəhbərinin evindən iki milyon apardılar
Bizi izləyin

Bilgi.az

Bank rəhbərinin evindən iki milyon apardılar

“Vneşprombank” rəhbərlərindən biri, vitse-prezident Dmitri Liçovun bağ evi qarət olunub.

Publika.az lenta.ru saytına istinadən xəbər verir ki, oğruluq bankirin Moskva ətrafındakı bağ evində baş verib.

Polisə hadisə ilə məlumat verən Liçov bildirib ki, oğru Qribanova kəndində yerləşən villasına pəncərədən keçib və onun samur xəzindən olan bahalı kürkünü, brilyantlarla bəzədilmiş “Glashutte” saatını, son model “Zaskar” velosipedini və 170 min rubl nağd pulunu oğurlayaraq aradan çıxıb.

Bankirə vurulan ümumi ziyanın dəyəri 2 milyon rubldan çoxdur.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm