İtlə dostluq edən şir – FOTOLAR
Bizi izləyin

Bilgi.az

İtlə dostluq edən şir – FOTOLAR

ABŞ-ın Oklahoma ştatında ekzotik heyvanlar parkında yaşayan əlil şir lap körpəlikdən balaca bir itlə dostluq edir.

Şir sahibinin özü də hər iki ayağı amputasiya edilmiş əlildir, heyvanı o böyüdüb. Bonedigger metabolik sümük iliyi xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik üzündən zavallı heyvan axsayır. Onun sahibi Con Raynke isə kəndirlə tullanan zaman ciddi xəsarət alıb.

226 kiloluq Bonedigger adlı erkək şir cırtdanboylu it cinsinə məxsus olan 8 yaşlı Maylo ilə dostluq edir. Bu dostluq dahi rus yazıçısı Lev Tolstoyun “Şir və küçük” hekayəsini xatırladır. Sadiq dostlar artıq 5 ildir ki, bir-birindən ayrılmır.

Maylo və digər həmcinsləri – 5 yaşlı Bulit və Eyncel axsaq şirdən heç bir ziyan gəlmədiyini gördükdən sonra ona yaxınlaşmağa başlayıblar. Nəticədə, itlər Bonnediggerlə bir yerdə yemək yeyib onun yanında istirahət edirlər. Maraqlısı budur ki, dünyanın ən mehriban şiri ilə dostluq edən Maylo tez-tez Bonnediggeri yamsılamağa çalışır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm