1950 qayıdır - FOTO
Bizi izləyin

Bilgi.az

1950 qayıdır - FOTO

Yer kürəsi 2880-ci il martın 16-da potensial dağıntıya məruz qalacaq. Həmin vaxtı planetimizin dağıdıcı asteroidlə qarşılaşacağı gözlənilir. Tədqiqatçıların verdiyi proqnoza əsasən, qaya tipli asteroid Yer Kürəsinin yaxınlığından sürətlə keçib parçalanacaq, onun hissələri planetimizin trayektoriyasına təsir edəcək. Hələ ki alimlər asteroidin yerlə toqquşmasının qarşısını almağın yolunu bilmirlər.

ABŞ-ın Tennessi Universitetində aparılan tədqiqat nəticəsində yer kürəsinə 1950 DA adlı asteroidin yaxınlaşdığını müəyyən edib. 1000 metr diametrli asteroid 2 saat 6 dəqiqəyə dövr edərək sürətlə irəliləyir. Bu sürətdə, adətən, qaya parçaları hissələrə parçalanır, lakin 1950 DA asteroidində bu müşahidə edilmir. Əvvəlki tədqiqatlarda da bu obyektin cazibə qüvvəsi nəticəsində bir-birinə sıxlaşmış kosmik qalıqlar olduğu zənn edilib.

Qeyd edək ki, bu vaxta qədər də planetimiz 1950 DA kimi nəhəng asteroidlə toqquşub. K\T adlı asteroid 65 milyon il əvvəl dinozavrlar dövrünə son qoyub. 1950 DA asteroidi ilk dəfə 1950-ci il fevralın 23-də müşahidə edilib. O, yalnız 17 gün göründükdən sonra yarım əsr müddətində görünməyib. Sonradan isə asteroid yenidən 2000-ci il dekabrında 31-də görünüb və onun 1950 DA asteroidi olması təsdiqlənib. Alimləri isə asteroidin tərkibi daha çox maraqlandırır. Əgər o, qaya tipli olub, bərk maddələrdən ibarətdirsə, onunla toqquşma planetimiz üçün ağır fəsadlar verə bilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm