İrandakı bu qeyri-adi ev... – FOTOLAR
Bizi izləyin

Bilgi.az

İrandakı bu qeyri-adi ev... – FOTOLAR

İran memarları otaqları hərəkət edən 7 mərtəbəli futuristik ev təqdim ediblər.

Tehranda yerləşən Şərifi-Ha yaşayış evinin idman və hovuz otaqları da var. Düyməyə bir toxunuşla evin xaricində olan üç otaq (yemək otağı, qonaq otağı və ofis) fırlanaraq yerini dəyişir. Bununla da siz bir anın içində başqa mənzərə və fərqli işıqlandırma sistemi görə bilərsiniz.

Hər üç fırlanan otaq evin xaricindən taxta qutuya bənzəyir. Soyuq qış aylarında evin isti qalması üçün fasadı örtülür, yayda isə açılaraq evin hava ventilyasiyasını tənzimləyir. İranda yayda havanın temperaturu 50 dərəcə olur, qışda isə kəskin şaxtalar zamanı bu tipli evlər yaşayış üçün əlverişli sayılır.

Şərifi-Ha evi "Beynəlxalq Memarlar Mükafatı-2014" siyahısına daxil edilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm