Dünyanın ən gözəl metro stansiyaları – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən gözəl metro stansiyaları – FOTOLAR

İri şəhərlər üçün metropoliten əsas nəqliyyat vasitəsi hesab edilir. Publika.az dünyanın 10 ən gözəl metro stansiyalarını təqdim edir.

Neapolda yerləşən Toledo – CNN və "Daily Telegraph"a əsasən, Avropanın ən gözəl metro stansiyası hesab edilir. Əsas dizayn süjeti su və işığın rəqsidir. Göy mozaika ilə bəzədilmiş stansiyaya düşən sərnişinlər özlərini sanki günəş işığının düşdüyü okean dibində hiss edirlər.

Amsterdamda yerləşən Kraaiennest stansiyası 2014-cü ildə Britaniyada keçirilən memarlar müsabiqəsində 20 ən yaxşı tikili içərisində qalib gələrək Kral mükafatına layiq görülüb. Lazerin köməkliyi ilə paslanmayan poladın içərisinə filiqran ornamentləri yerləşdirilib və beləliklə, stansiya bəzədilib. Stansiya məscidə yaxın olduğu üçün ənənəvi ərəb bəzəklərindən də yan keçə bilməzdi.

Almaniyanın Frankfurt şəhərində yerləşən Bockenheimer Warte stansiyası xarici görkəmcə müasirliyi ilə seçilir. Memarlar stansiyanın daxili görkəmini "göz üçün bayram" adlandırır. Stansiyanın xarici isə çox maraqlıdır, sanki qatarın yerin altına girməsi təəssüratı yaradır.

Moskvada yerləşən Komsomolskaya stansiyasına da hər zaman reytinqlərdə rast gəlmək mümkündür. Stansiyada 68 mərmər sütun, bir neçə iri çilçıraq, barelyef və mozaikalı panno var.

Lissabonda yerləşən Olaias stansiyası Tomaş Taveyr tərəfindən layihələşdirilib. Stansiya özündə müxtəlif rəng, material və teksturanı ehtiva edir.

Praqanın Staroměstská stansiyası futuristik dizaynına görə fərqlənir. Rəngbərəng dekor sanki su qabarcıqlarına bənzəyir. Stansiya "Portağal zavodu" filmindəki ab-havanı xatırladır.

Londonda yerləşən Canary Wharf stansiyası memar Norman Foster tərəfindən hazırlanıb. Stansiyanın yuxarısından düşən zəif işıq sayəsində sərnişinlər sanki yeraltı kilsəyə düşdüyünü hiss edirlər.

Münhendə yerləşən Westfriedhof stansiyası alman dizayneri İnqo Bauer tərəfindən layihələşdirilib.

İsveçin paytaxtı Stokholmda T-Centralen stansiyası əməlli-başlı incəsənət qalereyasıdır. Bu stansiyanın ərsə gəlməsində 150 rəssam iştirak edib. Stansiya qayanın içərisində hazırlanıb və qaya olduğu kimi saxlanılıb. Stansiyanın tavanında çəkilmiş sarı və göy yarpaqlar İsveçin bayrağının rəngindədir.

Sankt-Peterburqda yerləşən Avtovo stansiyası isə teatr foyesini xatırladır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm