Çılpaq selfi çəkdirən müəllim işdən qovuldu (FOTO)
Bizi izləyin

Bilgi.az

Çılpaq selfi çəkdirən müəllim işdən qovuldu (FOTO)

Rusiyada yaşayan müəllimlərdən biri gənclərin sosial şəbəkədə yaratdığı "selfie" axınına biganə qala bilməyib.

ANS PRESS-in məlumatına görə, Rusiyada musiqi tədrisi ilə məşğul olan Yelena Kornisonkova adlı qadın İspaniyada tətildə olarkən, sosial şəbəkədə çılpaq şəkildə özünün çəkdiyi fotonu paylaşıb.

Onun sosial şəbəkədə fotoşəkli paylaşmasından sonra izləyiciləri də paylaşmağa başlayıblar. Qısa müddət ərzində 76 min dəfə paylaşılan fotoşəkil müəllimin işlədiyi məktəbdə söz-söhbətə gətirib çıxarıb. Hamı onun bu hərəkətindən xəbərdar olub.

Məktəb müdriyyəti isə müəllimin tətildən qayıtmasını gözləmədən işdən çıxarılması barədə qərar verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm