Ən dəlisov toy ayinləri
Bizi izləyin

Bilgi.az

Ən dəlisov toy ayinləri

Dünyanın müxtəlif yerlərində elə müxtəlif toy adətləri də mövcuddur. Bu adətlər digər millətlər üçün gülünc və qəribə görünə bilər.

Publika.az gülməli toy adətlərini təqdim edir.

Polterabend: Almaniya. Polterabend toydan əvvəl keçirilən əyləncədir. həmin günü ələ nə keçdisə döyməyə başlayırlar. Qonaqlar gəlin və bəyə hədiyyə kimi məcməyinin içərisində qab-qacaq gətirir. Gəlin və bəy isə həmin qabları tikə-tikə edib sındırmalıdır. Hesab olunur ki, döyülən və sındırılan əşyaların səsi pis ruhları qovur.

Gəlinə tüpürmək: Keniya. Afrikanın Masai qəbiləsində belə bir ənənə mövcuddur: gəlinin atası qızın başına və sinəsinə tüpürür. O, bununla qızına xoşbəxt ailə həyatı üçün xeyir-dua verir.

Tualet və hamama qadağa: İndoneziya. İndoneziyanın Tidonq cəmiyyətində ər və arvad toydan sonra 3 gün 3 gecə evdən bayıra çıxmır, hətta tualet və hamam otağından da istifadə etmir. Bu müddət ərzində ər-arvada nəzarət edən insanlar onlara az miqdarda yemək və su verir. Hesab olunur ki, ev dustağı kimi keçirilən belə bir bal ayı, xoşbəxt ailə və sağlam övladın doğuluşuna şərait yaradır.

Bastinado: Koreya. Koreya toy adətlərinə görə, ilk toy gecəsi bəyi taxta və ya balıq ilə döyürlər. Ayin ağrılı olsa da, o, adətən, gülüş naminə keçirilir. Bu ayin həmçinin ona görə edilir ki, ilk toy gecəsi bəy gəlini məyus etməsin.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm